“Mən İlhamə Quliyevanı dünyasını dəyişsə belə, bağışlamıram”.
7times.az xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişində Flora Kərimova söyləyib.
O, keçmiş həmkarı və uzun illərdir küsülü qaldığı İlhamə Quliyevanın ölüm xəbərini eşitdiyi zaman heyifsiləndiyini qeyd edib:
“Mən onu heç bir zaman bağışlamayacağam. Ölməsinə baxmayaraq, yenə də onu bağışlamıram. Eşidəndə ki ölüb, heyifsiləndim. Çünki o adam əziyyətlə yaşadı. Nə sevincinə sevindi, nə də itkisinə kədərləndi. Gah bu divara, gah da o divara vuruldu. Axırda da urvatsız getdi”.
Sfera.az
Follow @7timesaz