“Formula 1” Rusiyanın “Match TV” telekanalı ilə müqaviləni pozub.
7Times.az-ın məlumatına görə, bu barədə telekanalın baş prodüseri Aleksandr Taşin açıqlama verib.
Onun sözlərinə görə, dünya çempionatının 2022-ci il mövsümü Rusiyada yayımlanmayacaq.
Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.
Qeyd edək ki, “Formula 1” 2020-ci ildə “Match TV” ilə 3 illik müqavilə imzalayıb. (Report)
Follow @7timesaz