İdman

“Formula 1” tezliklə qadağan edilə bilər – SƏBƏB

“Formula 1” tezliklə qadağan edilə bilər – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ətraf mühitə mənfi təsir göstərdiyinə görə, ümumilikdə avtoidman, xüsusən də “Formula 1” bir çox ölkələrin hökumətləri tərəfindən qadağan edilə bilər.

7Times.az xarici mediaya istinadla xəbərinə görə, bunu dördqat dünya çempionu Sebastyan Fettel bildirib.

“İmola ləğv edilib (daşqın səbəbindən – red.). Qudvud festivalı dünən pis hava şəraitinə görə ləğv edilib. Ekstremal hava şəraiti ilə iqlim dəyişikliyi, istiləşmə arasında birbaşa əlaqə var. Düşünürəm ki, dünya dəyişir və bu bizim həyatımıza təsir edir. Bəzi regionlarda hava kəskin şəkildə dəyişir.

“Formula 1” tezliklə qadağan edilə bilər – SƏBƏBYarışdan üç həftə əvvəl Mayami su altında qaldı, Kanadada meşə yanğınları baş verdi. Avtomobillərin ətraf mühiti birbaşa çirkləndirməsi ilə yanaşı, “Formula 1″in çox böyük məsuliyyəti var, çünki onu çox adam ziyarət edir. Vaxt gələcək ki, müxtəlif ölkələrin hökumətləri imtina etməli olduqları, qadağan edilməli olan şeyləri axtarmağa başlayacaqlar. Avtomobil idmanı da belə şeylər siyahısında ola bilər”, – Fettel vurğulayıb.

Sebastyan Fettel dəfələrlə avtoidmanın ekoloji komponenti ilə bağlı narahatlığını ifadə edib və 2022-ci ildə “Formula 1″dəki karyerasını başa vurub.