İdman

Fransa 14:0 bitən oyunda 3 rekord müəyyənləşdirdi

Fransa 14:0 bitən oyunda 3 rekord müəyyənləşdirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millisi ötən gecə Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqə 14:0 hesabı ilə qalib gəlməklə 3 rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, bu oyun bir matçda vurulan qolların sayına görə Almaniya – San Marino görüşünü (13:0) geridə qoyub. Eyni zamanda Fransa yığması Avropa çempionatlarının seçmə mərhələlərinin ən böyükhesablı qələbəsini qazanıb. Əvvəlki rekord da məhz Almaniya – San Marino görüşünə aid idi.

Həmçinin bu, Fransa millisi tarixinin də ən böyük qələbəsidir.

Qeyd edək ki, Fransa millisi B qrupunda maksimum nəticə göstərib – 7 oyun, 21 xal.