Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Fransa – Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib.
7Times.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, polşalı qapıçı Lukaş Skorupski qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Qolkiper görüşdə 7 dəfə komandasını qoldan xilas edib. Oyun isə heç-heçə yekunlaşıb – 1:1.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
Follow @7timesaz