“Rusiya ilə dialoq zəruridir”.
Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
O, qeyd edib ki, Rusiya ilə dialoq müxtəlif formatlarda davam etdirilməlidir.
Fransa Prezidenti eyni zamanda Ukraynada vəziyyətin deeskalasiyasına yönəlmiş razılaşdırılmış hərəkətləri davam etdirəcəyini vəd edib. “Ukrayna böhranının nizamlanması üzrə “Normand formatı” çərçivəsində danışıqlar yaxın günlərdə də davam edəcək”, – Makron deyib.
Follow @7timesaz