2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayan fransız sağçı jurnalist və yazıçı Erik Zemmour İslam dinini və müsəlmanları hədəf alıb.
7Times.az Sfera.az-a istinadən xəbər verir ki, E.Zemmour qonaq olaraq qatıldığı bir proqramda prezident seçiləcəyi təqdirdə, xüsusilə müsəlman adlarını qadağan etmək üçün ciddi tədbirlər görəcəyini söyləyib.
İrqçi ifadələr səsləndirən Zemmour “bir fransızın oğluna Məhəmməd deməyə haqqı olmayacaq. Müsəlmanlara yeni doğulan övladlarına Məhəmməd adını qoymağı qadağan edəcəyik”, – deyə bildirib.
Follow @7timesaz