Fransa prezidenti Emmanuel Makron Ukraynanın Kiyev yaxınlığındakı Buça şəhərində olan vəziyyətlə əlaqədar Aİ səviyyəsində yeni anti-Rusiya sanksiyalarının tətbiqinə icazə verib.
7Times.az xəbər verir ki, bu barədə o, “France Inter” radiostansiyasının efirində məlumat verib.
“Buçada baş verənlər bizi yeni bir sıra sanksiyalar tətbiq etməyə məcbur edir. Biz avropalı tərəfdaşlarımızla, xüsusən də Almaniya ilə səyləri əlaqələndirməyi planlaşdırırıq”, – deyə Fransa prezidenti bildirib. Makron əlavə edib ki, o, bu təşəbbüsü, Aİ səviyyəsində dəstəkləyəcək.
Follow @7timesaz