Dünya

Fransa Rusiya ilə bağlı İrana xəbərdarlıq edib

Fransa Rusiya ilə bağlı İrana xəbərdarlıq edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron İran lideri İbrahim Rəisi ilə telefon danışığı zamanı Tehranı Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağırıb.

7Times.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Yelisey sarayının nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Makron İranın Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünün nəticələrinin ciddiliyinə diqqət çəkib. Fransa prezidenti Tehranı Moskvaya dəstəyini dərhal dayandırmağa çağırıb.