Mali hökuməti Fransa səfirindən ölkəni 72 saat ərzində tərk etməyi tələb edib.
Axar.az xəbər verir ki, bu barədə Mali hökuməti kommunike yayıb.
“Mali hökuməti milli və beynəlxalq səviyyədə ictimai rəyi məlumatlandırır ki, bu gün Fransanın Bamakodakı səfiri Joel Meyer xarici işlər və beynəlxalq əməkdaşlıq naziri tərəfindən çağırılıb, ona məlumat verilib. Hökumət onu 72 saat ərzində milli ərazini tərk etməyə dəvət edib”, – deyə kommunikedə bildirilib.
Mali hakimiyyəti bu qərarı Fransa rəsmilərinin onlara qarşı “düşməncəsinə” səsləndirilən bəyanatları ilə əsaslandırıb.
Qeyd edək ki, 2020-ci ilin avqustundan bəri iki ölkə arasında münasibətlər davamlı olaraq pisləşib.
Follow @7timesaz