Dünya

Fransada 1.2 milyon insan Makrona ETİRAZ ETDİ 

Fransada 1.2 milyon insan Makrona ETİRAZ ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə təxminən 80 min, Fransanın bütün şəhərlərində 1,2 milyon insan pensiya islahatına qarşı etiraz aksiyası keçirib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“France 24” kanalı bildirir ki, kütləvi nümayişlər nəqliyyatın sıradan çıxmasına və işçilərin tətillərinə görə istehsalın dayandırılmasına səbəb olub.

Etirazçılar pensiya yaşının artırılması və maaşların az olması əleyhinə şüarlar səsləndirirlər.

CGT həmkarlar ittifaqı təşkilatı ölkə üzrə nümayişçilərin sayının 2 milyon nəfər (Parisdə – 400 min) olduğunu təxmin edir.

Polislə anarxist etirazçılar arasında toqquşmaların olduğu bildirilir. Parisdə 30 nəfər həbs edilib.