Dünya

Fransada isti hava şəraitinə görə “narıncı” xəbərdarlıq edilib

Fransada isti hava şəraitinə görə “narıncı” xəbərdarlıq edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın 38 departamentində kəskin isti hava şəraiti ilə əlaqədar “narıncı” təhlükə səviyyəsi elan edilib. Bu barədə Fransanın “Meteo France” milli meteorologiya xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, anomal istilər hələ ardıcıl bir neçə gün ərzində davam edəcək.

Sabah üçün Fransanın cənub-şərqinin bəzi rayonlarında temperaturun 40 dərəcəyə çatacağı gözlənilir.