Fransanın cənub-şərqindəki Dənizkənarı Alplar departamentində, Nitsa şəhərindən 10 km aralıda yerləşən Kann-sür-Mer kommunasında təbii yanğın baş verib.
7Times.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, Kann-sür-Merdən keçən A8 magistralında nəqliyyatın hərəkəti pozulub. Həmçinin Antib-Nitsa marşrutu üzrə hər iki istiqamətdə qatarların hərəkəti də müvəqqəti olaraq dayandırılıb.
Yanğının söndürülməsində 80-ə yaxın yanğınsöndürən iştirak edir, səlahiyyətlilər helikopter də cəlb ediblər.
Kommuna meri Lüi Neqrin sözlərinə görə, yanğın təxminən 700 evə ziyan vura bilər.
Qeyd olunur ki, yanğının səbəbi hələ müəyyən edilməyib.
Follow @7timesaz