Fransa hökuməti Ukraynaya silah tədarükündə ABŞ istehsalından imtina edərək, Avropa istehsalçılarına üstünlük vermək niyyətindədir.
Bu barədə Fransa hökumətinin sözçüsü Sofi Primas “Le Monde” nəşrinə açıqlamasında bildirib.
O, eyni zamanda “Politico” nəşrinin Fransanın ABŞ və Avropa arasında təklif edilən birgə silah tədarükü mexanizmindən imtina etməsi barədə məlumatını nə təsdiqləyib, nə də təkzib edib.
Qeyd edək ki, daha əvvəl “Politico” Fransa rəhbərliyinin ABŞ-dən silah almaqla bağlı təşəbbüslərdə iştirak etmədiyini bildirmişdi.
“AzPolitika.info”