İdman

Fransalı futbolçu Messini təhqir etdi

Fransalı futbolçu Messini təhqir etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lill”in keçmiş futbolçusu Jülyan Palmyeri “Qızıl top”un səkkizqat qalibi və son dünya çempionu Lionel Messini təhqir edib.

Fanat.Az xəbər verir ki, o, özünün “Twitter” səhifəsində paylaşım edib.

36 yaşlı futbolçu argentinalı ulduzu “dəli” adlandırıb: “Kriştianu Ronaldu və Lionel Messi arasında illər boyu çox tərəddüd etdim. Messi, nəhayət ki, bu dünya kubokundan sonra “özün” olduğun üçün təşəkkür edirəm – tam bir dəli. Mbappedən üç dəfə daha uğursuzluğa məhkumsan… Mən bu oyunçunu o qədər sevirdim ki, indi ona o qədər nifrət edirəm”.

Görünür, Messinin Argentina yığması ilə son matçlardakı davranışı bir çoxları kimi, Palmyerinin də xoşuna gəlməyib. Leo bir həftə ərziddə iki dəfə rəqiblərinin boğazından yapışıb. Xüsusən də Leonun Rodriqo ilə münaqişəsi xoş qarşılanmayıb.