İdman

“Frayburq”un baş məşqçisindən “Qarabağ” azarkeşlərini SEVİNDİRƏCƏK QƏRAR

“Frayburq”un baş məşqçisindən “Qarabağ” azarkeşlərini SEVİNDİRƏCƏK QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Frayburq” “Qarabağ”la oyunda əsas heyət oyunçularının yarısına istirahət verəcək.

Bu barədə Almaniyanın “sportschau” portalı yazıb. Bildirilir ki, baş məşqçi Kristian Ştrayxın əsas heyət oyunçularını Bakıya aparmasına baxmayaraq, onların yarısını meydana buraxmayacaq.

Məlumata görə, qrupdan lider kimi çıxmağı zəmanət altına alan “Fraybur”un baş məşçisi Bundesliqanın növbəti turunda “Köln”ə qarşı oynayacağı oyunu düşünür.

Qeyd edək ki, oyundan əvvəl həm Kristian Ştrayx həm də “Frayburq”un oyunçuları Bakıya qələbə qazanmaq üçün gəldiklərini deyiblər.