Dünya

Fumio Kişida Aİ liderlərinin sammitindən sonra şərh verdi: “Təzyiq davam edəcək”

Fumio Kişida Aİ liderlərinin sammitindən sonra şərh verdi: “Təzyiq davam edəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya və Avropa İttifaqı Ukraynadakı vəziyyət və Rusiya Federasiyasının müharibə əməliyyatları ilə bağlı Moskvaya sanksiyalar vasitəsilə təzyiq göstərməyə davam edəcək. Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida Tokioda baş tutan Aİ liderlərinin sammitinin yekunlarına əsasən bəyanat verib.

“Biz Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi və Ukraynaya dəstəyin gücləndirilməsi üçün birgə işi davam etdirməyin zəruriliyini bir daha təsdiqlədik”, – deyə Nazirlər Kabinetinin rəhbəri qeyd edib.

O vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə danışıqlar zamanı tərəflər ikitərəfli əlaqələr, Hind-Sakit okeanı regionunda vəziyyət, rəqəmsal sahədə əməkdaşlığın gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə və digər məsələlər ətrafında müzakirələr aparıblar.

Bu yaxınlarda Yaponiya hakimiyyəti Rusiyadan olan 133 şəxsə və 70 təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Məhdudiyyətlər o cümlədən Rusiyanın Baş naziri Mixail Mişustinə də şamil olunub. Siyahıya həmçinin Rusiyanın “Almaz-Antey” şirkəti və “Taktiki Raket Silahları” korporasiyası da daxil edilib. /Oxu.az/