İdman

Futbol tarixində ən uzun penaltilər seriyası qeydə alındı

Futbol tarixində ən uzun penaltilər seriyası qeydə alındıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya futbol tarixində ən uzun penaltilər seriyası qeydə alınıb.

7Times.az  xəbər verir ki, bu, İsrail çempionatında “Dimona” və “Şimşon Təl-Əviv” komandaları arasında II Liqaya vəsiqə uğrunda pley-off oyununda baş verib.

Komandalar penaltilər seriyası zamanı qalib müəyyənləşənədək ümumilikdə 56 zərbə yerinə yetiriblər. Yekunda meydan sahibləri daha dəqiq olublar – 23:22.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, əvvəlki rekord 2005-ci ildə Namibiya Kubokunda qeydə alınıb. “Palas” və “Siviks” klublarının görüşündə qalib 48 penalti zərbəsindən sonra bəlli olub.

Modern.az