İdman

Futbolçuların bizes-imperyaları

Futbolçuların bizes-imperyalarıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbolçuların bizes-imperyaları. Futbolçuların gəlirləri digər idman növlərinə baxanda olduqca yüksəkdir. Ancaq bütün oyunçular yaxşı anlayırlar ki, onlar bu cür gözəl gəliri yalnız 40 yaşlarına qədər əldə edə bləcəklər. Çox nadir hallarda 50 yaşına qədər. Bu səbəbdən də futbolçular əvvəlcədən öz gəlirlərini uğurlu işə yatırdaraq bir növ özlərini yeni sahələrdə sınamağa çalışırlar. Bu gün ki məqaləmizdə sizə futbolçuların ən maraqlı və gəlirli sahələri haqqında danışmaq fikrindəyik. Siz də eyni zamanda rəylərdə kifayət qədər pulunuz olsaydı hansı sahələrə yönəltmək istədiyiniz barədə fikir bildirsəniz minnətdar olardıq.

Demək olarki, hər bir futbol komandasında bir, top-komandalarda isə bir neçə restoran və bar biznesinə sahib oyunçular mövcuddur. Nədənsə məhs bu biznes növü futbolçular arasında olduqca məşhurdur. Eyni zamanda məşhur gəlir sahələri arasında geyim markaları və otellər də yer almaqdadır. Bəli, hal-hazırda elə oyunçular varki, onlar öz bizneslərində futboldakından daha çox gəlir əldə etməyə başlayıblar.

Mathieu Flamini

Futbolçuların bizes-imperyaları

Mathieu Flaminin ən uğurlu maliyyə qoyuluşu edə bilən futbolçu hesab etmək olar. Fransız oyunçu hal-hazırda sərbəst həyat tərzi sürür və artıq bir ilə yaxındır ki, meydançalarda görünmür. Ancaq bu onu o qədər də narahat etmir. Flaminin sahib olduğu şirkətin dövriyyəsi il ərzində 30 milyard avroya bərabərdir. Bəli bu məbləğ inandırıcı olmasa da – həqiqətən 30 milyard  təşkil edir. 2008-ci ildə Mathieu öz dostu kimyaçı Paskuel Qranatla GF Biochemicals  şərikətini təsis edir.

Mathieu maliyyə məsələlərinə, Qranat isə idea tərəfinə cavabdeh idi. 7 il müddətində şirkət adının hallanmasını istəmədən fəaliyyət göstərmişdir. Hətda Flaminin ailəsi belə biznes haqqında məlumatlı deyildilər. Lakin, 2015-ci ildə şirkət haqqında bütün dünya xəbər tutdu. GF Biochemicals ekaloji baxımdan təmiz neft məhsullarının istehsal həcmini artıraraq satışını həyata keçirtdi. Şirkətin inkişafı onu tezliklə digər xarici dövlətlərlə biznes müqavilələritərtib etməyə imkan yaratdı.

“NƏTİCƏSİ BARƏDƏ TAM ANLAYIŞIN OLMASA BELƏ BÖYÜK PULLARLA RİSK EDƏRKƏN STRESS HALI YAŞIYIRSAN. EYNİ ZAMANDA BU BİR TƏCRÜBƏDİR. ANCAQ İLK VAXTLARDA BELƏ MƏN ÖZ QARŞIMA VARLANMAQ MƏQSƏDİ QOYMAMIŞDIM. QOYDUĞUM PULLARIN BİR HİSSƏSİNİ QAYTARA BİLSƏYDİM BELƏ BU MƏNİM ÜÇÜN UĞUR SAYILARDI.” — DEYƏ FUTBOLÇU MÜSAHBƏLƏRİNİN BİRİNDƏ BİLDİRİR.

İndi isə biokimya sahsində hamı Flamini soyadını yaxşı tanıyır. O, daim mövzu ilə bağlı formlara qatılır, dünyanın ekoloji təmizliyi ilə bağlı fikirlərini bildirir. Yeri gəlmişkən oyunçu Arsenaldan olan portyorların köməyi olmasaydı işə başlaya bilməyəcəkdi. Müxtəlif vaxtlarda bu biznesə Koscielny, Clichy, Özil, Rosický maliyyə yönəltmişlər.

Julius Aghahowa

Futbolçuların bizes-imperyaları

Neft shəsi üzrə yaxşı gəlir əldə edə bilən digər futbolçudur. Burda söhbət tam olaraq ekoloji məsələlərdən getmir. Nigeriyalı Julius Aghahowa Donesk şaxtorunun əsl ulduzuna çevrilmişdir. Ukraynadan sonra o APL-ə keçir, lakin orda oynamaq alınmır. Nəticədə yenidən Şevçenkaya qayıdır və 31 yaşında futbol koryerasını yekunlaşdırır, biznesmen koryerasına başlayır. İlk olaraq Julius pullarını öz vətənində əmlaka yatırır, sonra isə Londonda əmlak alır. Daha sonra isə ciddi sahə ilə, Prolific Energi şirkətinin neft-qaz məsələləri ilə maraqlandı. Eyni zamanda hal-hazırda şirkətin icraçı direktoru vəzifəsində çalışır. Aghahowanın bank hesabında 100 milyon dollar məbləğində vəsait mövcutdur. Köhnə futbolçu üçün pis məbləğ hesab olunmur.

Robert Fowler

Futbolçuların bizes-imperyaları

Keçmiş Liverpulun qəhrəmanının adı hal-hazırda Britaniyada yalnız futbolla assosiasiya olunmur. O, eyni zamanda uğurlu biznesmendir. Fowlerin gəliri təxmini 100 milyon təşkil edir və əsas gəlir sahəsi daşınmaz əmlakdır. Robert daşınmaz əmlakın alışı, satışı və villaların, çox mərtəbəli evlərin kirayəsi ilə məşuldur. Keçmiş futbolçu bu sahə üzrə o qədər peşakarlaşıb ki, hətda öz əmlak akademiyasını yaradıb. Kursun 3 günlük dinləmə qiyməti 1500 avrodur. Bundan başqa Fowler yarış atlarının böyüdülməsi və satışı ilə məşğuldur. Onun atları Britanyanın ən yaxşı atları hesab olunur. Bynəlxalq yarışların qalibi olurlar. maraqlısı isə ondadır ki, Robertin atlardan qorxusu və alergiyası mövctdur.

Robert Lewandowski

Futbolçuların bizes-imperyaları

Biz texnalogiyalar və internet əsrində yaşayırıq. Bu səbəbdən də, bir çox futbolçular bu bazara daxil olmağa çalışırlar. Sözü gedən məsələdə ən çox nəaliyyət əldə edən futbolçu Robert Lewandowskidir. Polşalı idmançının investisiya etdiyi sahələr internet platformalar, şəhər insanlarının fermer məhsullarını ala biləcəyi saytlar, qadınların müxtəlif gözəllik salonlarının qiymətlərini müqayisə edə biləcəyi servislər, gəlinlik paltarlarının və toy xidməti göstərən şirkətlərini müqayisə edən servislər olmuşdur.

Cristiano Ronaldo

Lewandowskinin servisi kimi servislərə Cristiano Ronaldoda sahibidir. Onun Mobitto platforması gərəkli məhsulla bağlı ən uyğun və münasib qiymətləri tapmağa və məhsulun ən yaxın məsafəsini müəyyənləşdirməyə imkan yaradır. Bununla yanaşı Ronaldo bir neçə Ronaldo Klick`n`Run, CR7 Selfie kimi mobil oyunların sahibidir. Eyni zamanda unutmayın ki, onun şəxsi geyim brendi, otelləri, restoranları, ən əsas böyük məbləğdə reklam gəlirləri mövcuddur. Oyunların istehsalı ilə bağlı sahələrə Ronaldo ilə yanaşı Gerard Pique və Zlatan Ibrahimovićdə investisiya yatırır.

Andrés Iniesta

Futbolçuların bizes-imperyaları

Iniesta isə Firstv1sion startapına maliyyə vəsaiti yatırmışdır. Proyektin ideası mini-kamera istehsalı ilə bağlıdır. Kameralar idmançıların yaxasına taxılaraq, oyunların canlı və gözəl çəkilişəri üçün imkan yaradacaq. Bu cür sərmayə Iniestaya hələ gəlir gətirməsə də onun 1 milyon şüşə istehsal həcmi olan şərabçılığı bütün Avropa üzrə olduqca məşhurdur.