Futbolçuların ən qeri-adi tatooları. İndiki dövürdə tatoo demək olar ki, hər bir futbolçuda mövcutdur. Hər bir oyunçu bir-biri ilə bəhsə girərək öz xoşagəlimli, gözəl, müəyyən qədər də sirli bədən şəkilləri ilə bir-birilərini üstələməyə çalışırlar. Bu gün sizə futbolçuların ən məşhur və yadda qalan tatularını göstərmək istərdik.
Wesley Sneijder
İnterin keçmiş yarımmüdafiyəçisinin bədənində xeyli sayda tatoo mövcutdur. Ən maraq kəsb edən şəkil isə sağ qabırğasının üzərinə döydürülmüş şəkildir. Bu nahiyyədə o həyat yoldaşının şəklini həkk etmişdir. Düzü hal-hazırda xanımı ilə münasibətləri gərgin şəkldə davam edir. Buna görə də medya və futbol həvəskarları boşanma olarsa, boşanmadan sonra onun bu şəkli sildirib-sildirməyəcəyini izləyirlər.
Lionel Messi
Planetin ən yaxşı futbolçusu tatooları çox sevir. Tatoo onun qollarını, ayaqlarını, hətda kürəyini belə bəzəyir. Onun sağ qolunda İsa peyğəmbər əks edilmişdir. Sol ayağının ön tərəfində isə onun 10 nömrə altında çıxış etməsi şərəfinə 10 rəqəmi çəkilmiş, arxa tərəfində birinci oğlunun şəkli ürəyin içində təsvir edilmişdir. Həyatında ilk döydürdüyü şəkil isə kürəyində nənəsinin fotosudur. Məhs həmin qadın gələcəyin ulduzunun futbola yönəldilməsini valideyinlərindən tələb etmişdir. Bu yolla nənəsinin ruhunu şad etmək qərarına gəlmişdir.
Zlatan Ibrahimović
Dahi oyunçu tatoonun o qədər aludəçisinə çevrilmişdir ki, bədəninin hər santımetrini rəsimlərlə bəzəmişdir. Bu mövzuda ən maraqlı və yadda qalan hekayə isə 2015-ci ildə döydürdüyü tatoo olmuşdur. O ümumiyyətlə tanımadığı 50 nəfərin adını bədəninə həkk etdirərək bütün dünyada aclıqdan əziyyət çəkənlərə dəstəyini nümayiş etdirmişdir.
Raúl Meireles
İngiltərə premyer liqasının indiyə qədər gəlib-geçmiş ən kolaritli oyunçusu. Portuqaliyalı oyunçunun xarici görünüşünü demək olarki, heç kimlə səhv salmaq mümkün deyil. Onun tatooları bədən formasından, saç kəsimindən, saqqalından daha çox gözə çarpır. Raulun bədəni bütünlüklə tatu ilə örtülməsinə baxmayaraq, iki şəkli diqqətə gətirmək istərdik. Kürəyində olan böyük əjdaha Portu şəhərinə hörmət mənasında çəkilmişdir. O həmin şəhərdə həyatının altı ilini keçirmişdir. Sağ ayağında həkk olunan aftobioqrafiyada isə onun üçün əziz olan yerlər göstərilmişdir: kilsə və digər gözəlliklər.
Diego Maradona
Dahi futbolçu coş sayda tatooları ilə fəxr edə bilməz. Ancaq olan tatuları olduqca yadda qalan və mənalıdır. Maradonanın bədən şəkillərinə baxdıqda onun siyasətlə yaxından maraqlandığını anlamaq olur. Sağ çiynində Diego çevriliş lideri Che Guevaranın şəklini, sol ayağında isə komandant Fidel Castronun fotosunu həkk etdirmişdir. Sonuncu lider sağlığında dahi fubloçu haqqında müsbət düşüncələrini dilə gətirmişdir.
David Beckham
David Beckham bütün dünyaya bir idmançının həm gözəl və yadda qalan futbol oynaya biləcəyəini, həmdə xarici görünüşünə böyük zövqlə yanaşa biləcəyini sübut etmişdir. Məhs tatoonun dəb halina gətirilməsində Davidin əməyi əvəzsizdir. Ona qədər bədənə bu kimi şəkillər çəkdirmək yalnız latınamerikan futbolçuları arasında məşhur idi. Davidin bədənini ən azından 40 şəkil bəzəyir. Onun kürəyində uşaqlarının adı yazılmışdır. Boynunda isə 2010-cu ilin dünya çempionatında döydürdüyü qanadlı xaç simvolu əks etdirilmişdir.
topmister
Follow @7timesaz