Ölkə

“Futbolumuz yenidən aşsüzən dövrünə qayıtdı” – Deputat

“Futbolumuz yenidən aşsüzən dövrünə qayıtdı” – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Futbolumuz yenidən aşsüzən dövrünə qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa, fədakarlıq etmirsə, hansı məşqçini gətirsəniz, belə davam edəcək”.

7Times.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq:

“Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu. Udub-uduzmaq önəmli deyil, bütün hallarda əzmkarlıq göstərmək lazımdır. Əvəzində tam doqquzluğa vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı”, – deyə F.Mustafa qeyd edib.

Qeyd edək ki, Azərbaycanın futbol üzrə yığma komandası ötən gün İsveç millisinə 5:0 hesabı ilə məğlub olub.