Ölkə

Füzulidə DİN-in 3 əməkdaşı yol qəzasında həyatını itirib, altısı xəsarət alıb

Füzulidə DİN-in 3 əməkdaşı yol qəzasında həyatını itirib, altısı xəsarət alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 7Times.az-ə bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.