G20 ölkələrinin liderləri sammit çərçivəsində Əfqanıstanda qadınların hüquqlarının bərpası məsələlərini, vəziyyətin “20 il əvvələ qayıtmaması”nın zəruriliyini müzakirə ediblər.
7times.az xəbər verir ki, Apa-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Baş naziri Mario Draqi sammitin yekunları barədə danışarkən deyib.
“Biz qaçqınlara yardım proqramları və insan haqları kimi təcili problemləri müzakirə etdik. Qadın hüquqları ilə bağlı vəziyyətə, onların 20 il geriyə qayıtmamaları üçün təhsil hüquqlarının təmin edilməsinin zəruriliyinə toxunduq”, – deyə M.Draqi “Böyül İyirmilik” ölkələrinin virtual formatda keçirilən sammiti ilə bağlı mətbuat konfransında qeyd edib.
G20 ölkələrinin Əfqanıstanla bağlı fövqəladə sammiti İtaliyanın Baş naziri Mario Draqinin təşəbbüsü ilə çərşənbə axşamı günü Romada videokonfrans şəklində keçirilib. Görüş BMT, BVF və Ümumdünya Bankı nümayəndələrinin iştirakı ilə geniş tərkibdə baş tutub.
Follow @7timesaz