İndoneziyanın Bali şəhərində keçirilən G20 sammitində DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin Rusiya ərazisinə əlavə olunduğu yenilənmiş xəritə nümayiş etdirilib.
7Times.az xəbər verir ki,bu barədə “Sputnik Near Abroad” teleqram kanalında məlumat verilib.
G20 sammitinin keçirildiyi Bali hava limanında Rusiya nümayəndə heyəti ölkənin yenilənmiş xəritəsi ilə qarşılanıb. Rusiya Federasiyasının xəritəsinə Donbass, Zaporojye və Xerson əlavə edildi.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin sammitdə iştirakdan imtina etməsi məlum olub.Sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovu təmsil edir.
Follow @7timesaz