G7 ölkələri və Avstraliya Rusiya neftinin qiymətini 60 dollar səviyyəsində saxlayıb.
7Times.az xəbər verir ki, bu barədə G7-yə üzv ölkələr birgə bəyanat yayıb.
“Rusiyadan dəniz yolu ilə nəql edilən neftə 60 dollar/barrel tavan qiymət tətbiq edilməsi ilə bağlı konsensus əldə olunub. Bu qərarla G7 ölkələri Rusiyanın Ukrayna müharibəsində qazanc mənbələrinin kəsilməsi ilə bağlı öhdəliklərini yerinə yetirir. Eyni zamanda sözügedən qərar Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlara mənfi təsirini minimuma endirmək məqsədi də daşıyır. Qərar dekabrın 5-dən qüvvəyə minəcək”, – bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Avropa Birliyi Rusiya neftinin qiymətini 60 dollar səviyyəsində saxlamaqla bağlı qərar qəbul edib.
Follow @7timesaz