Dünya

G7 ölkələrindən Rusiyaya xəbərdarlıq: Buna hazırıq!

G7 ölkələrindən Rusiyaya xəbərdarlıq: Buna hazırıq!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi gücünün davamlı şəkildə artırılması ciddi narahatlıq doğurur. Biz, G7-nin maliyyə nazirləri Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün tez və qətiyyətlə hərəkət etməyə hazır olduğumuzu vurğulayırıq.

7Times.az  xəbər verir ki, bu barədə G7-nin maliyyə nazirlərinin Rusiyaya qarşı iqtisadi nəticələrlə bağlı xəbərdarlıq bəyanatında bildirilib.

“Rusiyanın Ukraynaya qarşı hər hansı növbəti hərbi təcavüzü sürətli, koordinasiyalı və iradəli cavabla qarşılanacaq.
Biz Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı və dərhal nəticələrə malik olacaq iqtisadi və maliyyə sanksiyalarını kollektiv şəkildə tətbiq etməyə hazırıq”, – nazirlərin birgə bəyanatında qeyd olunub.