Maqazin

“Gecə-gündüz Allaha deyirəm ki, mən səndən kişi istəmirəm” – Əməkdar artist

“Gecə-gündüz Allaha deyirəm ki, mən səndən kişi istəmirəm” – Əməkdar artistbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Gövhər Rzayeva şəxsi həyatından danışıb.

7times AZXEBER.COM-a istinadən xəbər verir ki, “ARB” televiziyasında yayımlanan “Xəbər-ətər” verlişinin qonağı olan Gövhər Rzayeva şəxsi həyatından danışıb. O, yenidən ailə həyatı qurmaq istəmədiyini bildirib:

“Boşanandan sonra ikinci dəfə ailə qurmadım. Çünki uşaqlarım böyük idi. Oğlum var, mənə yaraşmaz. Nəvələrim var. İnsan bir dəfə ailə qurar. Birincidən bəxt gətirmədisə, gətirmədi. Növbəti dəfə ailə qurmağa meyilli olmadım. Çünki sənətim var, qazanıram. Ailəmi özüm idarə edirdim. Bir əlim onların üstündə olub. İndiyək də bu belədir. Gecə-gündüz Allaha deyirəm ki, mən səndən kişi istəmirəm. Sadəcə can sağlığı, ruzu ver, mənə övlad dağı çəkdirmə. Allahıma sonsuz təşəkkür edirəm. Həyatımdan razıyam”.

Ayşən