ABŞ-da gəlin və bəy toy mərasimindən dərhal sonra oteldə dava salıb və nəticədə həbsxanaya düşüb.
Sfera.az xəbər verir ki, insident ABŞ-ın Florida ştatının Neypls şəhərindəki “Hilton” hotelində baş verib.
Hadisə yerinə gələn polislər hotel otağında burnu sınmış və geyimi cırılmış Con Gerhard və gəlinliyi qana boyanmış Stefani Cinası saxlayıblar.
Sorğu zamanı Cinas boynuna alıb ki, davanı o başlayıb və ərinə kəllə ataraq burnunu sındırıb.
Follow @7timesaz
Bəy və gəlin tibbi yardımdan imtina ediblər.
Onlar məişət zorakılığı ittihamı ilə həbs olunublar. (oxu.az)