Hindistanın Uttar Pradeş ştatının Mainpuri şəhərində təzə gəlin toydan əvvəl ərinin ailəsi tərəfindən verilən pulları və qızıl-zinət əşyalarını toydan sonra götürüb qaçıb.
7Times.az xəbər verir ki, bu barədə DNA India məlumat yayıb.
Məlumata görə, bəyin atası vasitəçi vasitəsilə oğlunun qızla evlənməsinə razılıq verib. Qızın atası Racuya bir şərt qoyub – gələcək gəlinə 80 min Hindistan rupisi ödəməlisən. Kişi lazım olan məbləği, qızıl-zinət əşyalarını, paltarları və bir çox başqa hədiyyələri qıza verib və toy gününü təyin edib.
Mərasimdən sonra yeni evlənənlər və qohumları Rajunun evinə getmək üçün avtobusa minirlər. Bu zaman hindli qadın ərinə çox susadığını söyləyib və ondan bir şüşə su gətirməsini istəyib. Hindistanlı su ilə qayıtdıqda, həyat yoldaşının onu aldatdığını, qaçdığını və atasından pul, zinət əşyaları və çoxsaylı hədiyyələr götürüb qaçdığını görüb. / Milli.az
Follow @7timesaz