Dünya

Gənc cütlüyün acı sonu: Cəmi 3 saat evli ola bildilər – VİDEO

Gənc cütlüyün acı sonu: Cəmi 3 saat evli ola bildilər – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə yenicə evlənmiş gənc cütlük faciəvi şəkildə ölüblər.7Times.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ankara istiqamətinə hərəkət edən Rüştü Can Ulcayın idarə etdiyi motosiklet, eyni istiqamətdə hərəkət edən yük maşınına arxadan çırpılıb. Motosiklet sürücüsü Rüştü Can Ulcay hadisə yerində ölərkən, həyat yoldaşı Münire Ulcay ağır yaralanıb. Yaralanan Münire Ulcayı xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq gənc qadını xilas etmək mümkün olmayıb.

Faciəvi şəkildə dünyasını dəyişən gənclərin qəzadan 3 saat əvvəl evləndiyi məlum olub. Rüştü Can Ulcay evliliklərini qeyd etmək üçün həyat yoldaşını motosiklet turuna çıxarıbmış.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mətbuat.az