Gənc oğlan özünü körpüdən ataraq intihar edib.
7Times.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Osman Qazi körpüsündə yaşanıb.
Belə ki, avtomobilini körpüdə saxlayan şəxs, son dəfə sosial media hesabında paylaşım edərək, körpüdən tullanıb.
Paylaşımda “Bax, hədə-qorxu deyirdin, indi məzarıma gələrsən. Bu mənim son mesajımdır, hamı haqqını halal etsin. Baxın, indi o qız mənim həyatımı, ailəmi yandırdı. Deməyin ki, bir qıza dəyərmi. Mən nə edim? Ağılımı itirdim” ifadələrini işlədib.
Digər tərəfdən gəncin avtomobilini körpüdə saxlayıb aşağı atladığı anlar kameralar tərəfindən anbaan lentə alınıb.32gun.az