Televiziya proqramı ilə adını bütün dünyaya tanıdan Amber Raçdi arıqladıqdan sonra tamam başqa insana çevrilib.
ABŞ-də yaşanan maraqlı həyat hekayəsində 300 kiloya qədər çəki alan Amber Raçdi, yaşadığı fiziki dəyişiklikdən sonra bir ilkə imza atıb.
7Times.az türk mediasına əsasən xəbər verir ki, 300 kiloya yaxınlaşan Amber Raçdi, 24 yaşında həkimin “cavan öləcəksən” deməsindən sonra bütün iradəsini toplamaq qərarına gəlib.
Bundan sonra o, öz iradəsi və həkiminin səyləri nəticəsində 200 kilodan çox arıqlayıb.
Sosial media hesablarında son görüntülərini paylaşan gənc qız artıq çəkisi üzündən həyatı alt-üst olanlar üçün ilham mənbəyidir.
Follow @7timesaz