Ölkə

Gəncə sakini avtomobili insanların üzərinə sürüb, ölən və xəsarət alan var – RƏSMİ

Gəncə sakini avtomobili insanların üzərinə sürüb, ölən və xəsarət alan var – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə 70 yaşlı kişini avtomobilə vuraraq öldürməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.

Milli.Az bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Orxan Nağıyevdir.

O, “VAZ” markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.

A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

O.Nağıyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.