Gəncə şəhərində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
7times.az-ın məlumatına görə, şəhərin Üzeyir Hacıbəyli küçəsində “VAZ-21015” və “Mersedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1 nəfər – 41 yaşlı Hicran İsayeva ölüb, daha 3 nəfər – 27 yaşlı Əruz Əkbərov, 48 yaşlı Ceyhun Mirzəyev və 37 yaşlı Zəminə Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Follow @7timesaz