Hadisə

Gəncədə narkokuryerdən 20 kq-dan çox heroin aşkarlanıb – Foto

Gəncədə narkokuryerdən 20 kq-dan çox heroin aşkarlanıb – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə saxlanılan narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7Times.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Rafael Zeynalov saxlanılıb. Ondan 20 kq 755 qram “heroin” aşkar edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, R. Zeynalov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Gəncə şəhəri ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib.

Saxlanılan şəxs kuryer fəaliyyətini pul və narkotik müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.