Gəncədə qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.
Bu barədə “7Times.az”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin odlu sulah saxlamaqda və gəzdirməkdə şübhəli bilinərək saxlanılan Fərahim Verdiyevin ətrafında əməliyyat tədbirləri keçirib. Bu zaman şübhəli şəxsin tanışı, hazırda oğurluq cinayəti törətdiyinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcritxanasında həbsdə olan Zaur Heydərzadənin də odlu silah gizlətməsi məlum olub.
Z.Heydərzadə dərhal Baş Polis İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub. O, ifadəsində vəfat etmiş dostundan odlu slah almasını və onu şəhər ərazisində gizlətməsini etiraf edib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 1 ədəd daraq aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Follow @7timesaz