Gəndob-Yalama yolunda “KaMaz”la “TIR”ın toqquşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
“Report”un Şimal bürosunun xəbərinə görə, qəzada hər iki sürücü – Dağıstan Respublikası vətəndaşı, 1986-cı il təvəllüdlü Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd sakini, 1972-ci il təvəllüdlü Ayaz İskəndərov ölüblər, sərnişin Əmirxanlı kənd sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
20:46
Şabranda 2 yük maşını toqquşub, ölənlər var.
“Report”un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
İlkin məlumata görə, hadisəyə səbəb “KaMAZ” markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.
Faktla bağlı araşdırma aparılır.
19:44
Quba-Gəndob-Yalama yolunun 8-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən “Report”a bildirilib ki, qəza zamanı “KamAZ” və TIR toqquşub.
Hadisə nəticəsində “KamAZ”ın sürücüsü dünyasını dəyişib.
19:30
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, iki yük avtomobili toqquşub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində yolda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
FOTO: Samirə Həsənova
Follow @7timesaz