Ölkə

General məhkəmədə huşunu itirdi

General məhkəmədə huşunu itirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şixəliyev bugünkü məhkəmə prosesində huşunu itirib.

Onun vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müvəkkilinə təcili yardım göstərildikdən sonra özünə gəlib. Bundan sonra proses təxirə salınıb.

Məhkəmə noyabrın 16-da davam etdiriləcək.

Vəkil bildirib ki, M.Şixəliyevin səhhəti onun həbsdə saxlanılmasına adekvat deyil: “Mövlam Şixəliyev dəfələrlə ürək əməliyyatı keçirib. Həbsdən əvvəl də ürək əməliyyatına hazırlaşırdı. Səmərəli məhkəmə araşdırması üçün onun ev dustaqlığına buraxılması zəruridir”.

Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir.