Dünya

“Getdiyimiz hər yerdən ev almaq istəyirik” – Şeyma Subaşı gələcək planlarından danışdı

“Getdiyimiz hər yerdən ev almaq istəyirik” – Şeyma Subaşı gələcək planlarından danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyəli fenomen Şeyma Subaşı gələcək planlarından danışıb.
7Times.az Sfera.az-a istinadən bildirir ki, fenomen misirli sevgilisi Mohammed Alsaloussi ilə nə zaman evlənəcəyindən söz açıb. “Hamı bu kağız parçasını soruşur. Evlilik olacaq yəqin ki”, – deyə Subaşı bildirib.
Fenomen həmçinin, Türkiyədə yaşamaq fikrinin olmadığını bildirib: “Mohammedlə getdiyimiz hər yerdən ev almaq istəyirik. Amma Meedo İstanbulu da sevir, ona görə buradan da ev alacaq”.
Subaşı Alsaloussi ilə evlilik haqqında danışdıqlarını və sevgilisinin bununla bağlı ona vədlər verdiyini əlavə edib:
“Nişanlım mənə “elə bir toy edəcəm ki, bir il boyu dünyadakı hamı bundan danışacaq”, deyib. Mən də buna ehtiyac olmadığını vurğuladım. Toyumuz harada olacaq bilmirəm, amma Türkiyədə etmək fikrimiz yoxdur”.