Dünyanın ən qapalı ölkələrindən olan və Kim Çen Inın idarə etdiyi Şimali Koreyanın gizli əmək düşərgələrindən çəkilmiş gizli görüntülər üzə çıxıb.
7Times.az xarici mediaya istinadən xəbər verir ki, yayımlanan sənədli filmdə Şimali Koreyalıların işgəncələrə məruz qalaraq öldürüldüyü anlar lentə alınıb.
Şimali Koreyadakı əmək düşərgələrinin dəhşətlərindən və ölkədən qaçmağa çalışanların iztirablı həyatından bəhs edən sənədli film beynəlxalq rezonansa səbəb olub.
“Beyond Utopia: Escape from North Korea” adlı sənədli filmdə Şimali Koreyadakı əmək düşərgələrinin dəhşətli şərtləri nümayiş etdirilir. Gizli kamera qeydləri ilə ərsəyə gələn sənədli film acınacaqlı şəraitdə yaşamaq məcburiyyətində qalan Şimali Koreyalıların məşəqqətlərindən bəhs edir.
Filmdə doqquz ay işgəncələrə məruz qalan bir koreyalının aclıq səbəbindən 35 kiloqrama qədər atıqladığını əks etdirən səhnəyə həyəcansız baxmaq mümkün deyil. Adı açıqlanmayan qaçqın xarici kəşfiyyatçı olduğunu etiraf etdikdən sonra isə onu əmək düşərgəsinə yollayırlar. Hər gün acqarına ağac kəsməyə məcbur edilən məhbus elə düşərgədə də ölür. Kəsilmiş iri ağac gövdələrinin altında can verən məhbusların iztirabları tamaşaçıların qanını dondurur.
Filmdə nümayiş olunan hekayələr arasında 17 yaşındakı oğluna qovuşmaq istəyən, qaçqın olduqdan sonra çıxılmaz qalan ana Soyeon Linin hekayəsi də var. Madelayne Gavinin filmi həmçinin Çin, Vyetnam, Laos və Taylanddan qaçaraq Cənubi Koreyaya sığınan beş nəfərlik ailədən bəhs edir. Onların telefonları ilə çəkdikləri şəkillər təhlükəli səyahətin iztirablarının sübutudur.
Sənədli filmdə diqqət çəkən adlardan biri də Şimali Koreyadan qaçmaq istəyənlərə kömək edən və Cənubi Koreyanın paytaxtı Seulda yaşayan Pastor Kim Seongeundir. Keşiş bir çox insanın qaçmasına kömək etdiyini deyir. Bildirir ki, qaçqınların əksəriyyəti Cənubi Koreyaya birbaşa keçməyib, çünki Kim Çen In sərhəddə iki milyon mina yerləşdirib. Bildirilib ki, qaçqınların çoxu Çin sərhədini Yalu və ya Tümen çaylarını üzərək keçiblər.
KONKRET.az
Follow @7timesaz