“Google” korporasiyası Pentaqonla yenidən texniki sahədə əməkdaşlığa başlamağı planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Qəzet yazır ki, 3 illik fasilədən sonra şirkət yenidən ABŞ ordusuna hesablama texnologiyaları sahəsində xidmət göstərmək niyyətindədir. Bir neçə il əvvəl hərbi rəhbərlik 10 milyard dollar dəyərindəki “JEDI” bulud xidmətindən imtina etmişdi. Hərbi mütəxəssislər bu sistemin müasir tələblərə cavab vermədiyi qənaətinə gəlmişdilər.
Nəşrin yazdığına görə yeni tenderə qoşulacağı təqdirdə “Google” yenidən hərbi sahəyə qayıtmış olacaq. Artıq şirkətin bulud texnologiyaları bölməsinin rəhbəri Tomas Kurian Pentaqonda bir sıra görüşlər keçirib.
Follow @7timesaz