Goranboyda yol qəzasında ağır xəsarət alan digər gənc – 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu da dünyasını dəyişib.
7times.az-ın məlumatına görə, ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən Ə.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
***
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7times.az-ın xəbərinə görə, hadisə Goranboy – Ağcakənd avtomobil yolunun Səfikürd kəndindən keçən hissəsində olub. Hərəkətdə olan “Azsamand” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində maşında olan 1993-cü il təvəllüdlü Samir Xanlarov ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. APA
Follow @7timesaz