Ölkə

Goranboyda dəhşətli qəza: İki nəfər öldü, beş nəfər yaralandı

Goranboyda dəhşətli qəza: İki nəfər öldü, beş nəfər yaralandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
7Times.az APA-ya istinadən xəbər verir ki hadisə rayonun Qızılhacıllı qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan “BMW” və “VAZ 21099” markalı iki avtomobilin toqquşası zamanı 2 nəfərə ölüb, 5 nəfər ağır yaralanıb. Qəza zamanı ölənlər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı ,1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.
Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.