Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7times.az-ın xəbərinə görə, hadisə Goranboy – Ağcakənd avtomobil yolunun Səfikürd kəndindən keçən hissəsində olub. Hərəkətdə olan “Azsamand” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində maşında olan 1993-cü il təvəllüdlü Samir Xanlarov ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. qafqazinfo
Follow @7timesaz