Ölkə

Goranoyun Buzluq kənd məktəbindəki özbaşnalıqlara “DUR”desinlər –ŞİKAYƏT.

Goranoyun Buzluq kənd məktəbindəki özbaşnalıqlara “DUR”desinlər –ŞİKAYƏT.backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunun Buzluq kənd orta məktəbinin direktoru Rəşad Ələkbərov rüşvət müqavilində 70 yaşlı müəllimləri işə götürür və gənc müəllimlərin dərs saatlarını kəsərək həmin qocaman müəllimlərə verir.

Bu barədə 7Times.az-a adının açıqlanmasını istəməyən şəxs məlumat verib.Onun sözlərinə görə Məktəbin direktoru Rəşad Ələkərov təhsil ocaqının dərs saatlarını bilərəkdən gizlədir və bu sahədə bütün qərarları subyektiv maraqlarına uyqun olaraq verir.

Diplomunda pedaqoji profili olmayan müəllimlərə dərs saatlarının verilməsi isə rüşvət qarşılıqında həyata keçirilir.Məsələn direktorun bu il işə götürdüyü 68 yaşlı Məmmədov Oktay Baba oğlunu buna misal çəkmək olar.Rəşad Ələkərov məktəbdə çalışan Kəmalə Novruzovanın dərs saatlarını ondan alaraq işə götürdüyü həmin qocaman müəllimə verib.Vəzifəsini öz mənfəəti xətrinə səfərbər edən məktəb direktoru Rəşad Ələkbərovun bundan başqa özbaşnalıqları da mövcuddur.

Bu barədə 7Times.az-a məlumat verən şəxs sözügedən məsələlərin həm Təhsil Nazirliyi həmdə hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını istəyir.Ümüd edək ki,aidiyyatı şəxslər dərc etdiyimiz bu yazıdan sonra məsələni nəzarətə götürərlər.

7Times.az