Maqazin

“Görəsən, sənə bunu edənlər heç vicdan əzabı çəkir?”

“Görəsən, sənə bunu edənlər heç vicdan əzabı çəkir?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Firəngiz Mütəllimova mərhum Xalq artisti Yaşar Nuri ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, aktrisa aktyorun dğum günü olduğunu vurğulayıb.

“Ad günün mübarək, sənətkar. Sən həmişə gülərdin, güldürərdin.Yerin elə görsənir, Yaşar. Həmişə yaşar Yaşar… Getdikcə dərk edirəm üzügülər insanların ürəklərində nə qədər ağır yükü varmış. Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun. Hər zaman qəlbimdəsən. Səni heç unutmadım ki” deyə, F.Mütəllimova paylaşımında qeyd edib.

Aktyor-aparıcı Sərxan Kərəmoğlu isə Y.Nurini “Yaşar Nurinin xəstəliyini bilə-bilə son əməliyyatdan sonra “heç nə olmaz 50 vur” deyənlər onun həyatına qıydılar. Bax belə cahil bir cəmiyyətdə yaşayırıq. İndi o adamlar görəsən heç vicdan əzabı çəkir? Nəysə, Allah böyükdür. Keçək əsas məsələyə, dədə, günün mübarək olsun, özün aramızda olmasan da” sözləri ilə yad edib.