Maqazin

“Görünüşümə görə ölməyimi istəyirlər”

“Görünüşümə görə ölməyimi istəyirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiprdə anadan olan 26 yaşlı model Sofiya Hacıpanteli müxtəlif təsirlərə məruz qalması ilə bağlı açıqlama verib.

7Times.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, bitişik qaşlarına görə təhqir olunaraq hədələrə məruz qaldığını bildirib.

Modelin sözlərinə görə, həmin insanlar onun görünüşünü bəyənmədiyini və bunu diqqət çəkmək üçün etdiyini deyirlər:

“Mən bu obrazı bəyənirəm. Ona görə heç vaxt edə bilməyəcəkləri bir şeyi etdiyimi görmək onları narahat edir. Buna görə insanlar mənim ölməyimi istəyirlər. Bu isə acınacaqlı vəziyyətdir”.

Qeyd edək ki, model meksikalı rəssam Frida Kalonun tək qaşlı görünüşündən təsirlənib.