Maqazin

“Göstərmədiyimiz daha nəyimiz qalıb?“ – Elza əsəbləşdi

“Göstərmədiyimiz daha nəyimiz qalıb?“ – Elza əsəbləşdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi şeylər intim qalmalıdır. Göstərmədiyimiz daha nəyimiz qalıb? Abır-həya əldən getdi”.

7times.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Elgizlə izlə” verilişində deyib. Bloger cütlük Fərid və Nagehan Abdullayevanın övladının dünyaya gəlmə videosuna baxan sənətçi onları tənqid edib. Müğənni kişinin qadının doğuşunda iştirak etməsini pisləyib.

Seyidcahan daha sonra bir neçə gün əvvəl bığ taxaraq efirə çıxmasını tənqid edənlərə cavab verib:

“Bığ taxdım, hamı yazdı. Deyirəm, niyə təəccüblənirsiniz? İradla qəbul edildi. Bəzi kişilər öz borcları olan işi qadına yükləyiblər. Onda demirlər, qadınsan olmaz, kişi işidir”.