Hadisə

Göyçayda avtomobil yol kənarındakı su arxına düşüb, xəsarət alan var

Göyçayda avtomobil yol kənarındakı su arxına düşüb, xəsarət alan varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda yol-nəqliyyat qəzası baş verib, xəsarət alan var.

7Times.az xəbər verir ki, hadisə rayonun Çərəkə kənd ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı su arxına düşüb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Çərəkə kənd sakini, 1997-ci il təvəllüdlü Mərhəmət Yusifov müxtəlif dərəcəli xəsarət alıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.