Dünya

“Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”  Ərdoğan

“Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik” – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”.

7Times.az-ın xəbərinə görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına video müraciəti zamanı deyib.

Türkiyə Prezidenti Türkiyədə və dünyanın dörd bir yanında yaşayan vətəndaşları Cümhuriyyət bayramı münasibətilə təbrik edib: “Bizimlə bu sevinci paylaşan dostlarımıza təşəkkür edirik. 1000 ildir vətən torparlarını qanla sulayan şəhidlərimizi, Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkü və dava yoldaşlarını hörmətlə anıram. Köklü tariximindən aldığımız ilhamla Cümhuriyyətimizi daha da inkişaf etdirmək ən önəmli vəzifəmizdir”.

R.T.Ərdoğan vurğulayıb ki, bu baxımdan son 20 ildə ölkəmizi müasir mədəniyyətin ən üst səviyyəsinə çıxarmaq üçün bütün sahələrdə islahatlar həyata keçirdik: “Dövlət və millət arasındakı divarı qaldıraraq dövlətlə xalqı qucaqlaşdırdıq. Bundan sonra ölkəmizi geosiyasi baxımdan daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Ölkəmizin düşmənlərinin bütün səylərinə baxmayaraq biz güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”.